İtlərin hücumu ilə qarşılaşsanız özünüzü belə qorumalısınız
Küçə itləri bəzən refleks olaraq bəzən də yaşadıqları travmalara görə insanlara qarşı aqresiv olur. Sizi belə situasiyalardan hər iki tərəfin zərər görmədən xilas olmağın yollarını təqdim edirik.

1. Panikaya düşməyin!

İtlər instiktiv olaraq insanların qorxularını hiss edir. Əgər bir it hürərək sizin istiqamətdə gəlirsə, bacardığınız qədər sakit olmağa çalışın. Əgər qorxaraq qaçmağa başlasınız itləri daha da aqresivləşdirə bilərsiniz.

2. Sürətinizi azaldın.

İtlə qarşılaşanda hərəkət sürətinizi azaldaraq onun əksi istiqamətində yolunuza davam edin. Öz baxış bucağınızdan itirməmək şərti ilə yavaş-yavaş uzaqlaşa bilərsiniz.

3. İtlə göz-gözə gəlməməyə çalışın.

İtlə göz-gözə gəlmək onun diqqətini daha çox sizin üstünüzə çəkə bilər. Bu səbəbdən, çalışın ki sizə hürən itlə göz-gözə baxmayasınız.

4. İtin diqqətini başqa əşyaya çəkməyə çalışın.

İtin diqqətini başqa istiqamətə çəkərək də təhlükəsizliyinizi əldə edə bilərsiniz. Çox kiçi bir hərəkət belə onun diqqətini sizdən uzaqlaşdıra bilər.Unutmayın ki, itlər də bütün heyvanlar kimi saf olurlar.

5. İtə onu sakitləşdirəcək komandalar verin.

İtlərə əmrlər verərək də özünüzü qoruya bilərsiniz. “Sakit”, “Yox” kimi əmrlər verərək onları uzaqlaşdıra bilərsiniz.
pahoo.az