Evdən qaçan iki uşaq anasının həyat yoldaşı: "İyirmi kişiylə intim..." - ŞOK MÜSAHİBƏ
Məlum olduğu kimi, Samux rayonu Qarayeri qəsəbə sakini Rüstəmova Səmayə Əvəz qızı bir neçə gündür evdən qaçıb. Buna səbəb isə həyat yoldaşı Əhməd Ağayevin (ad şərtidir-red.) onun gizlin telefon işlətdiyini öyrənməsidir.
Ölkə.Az S.Rüstəmovanın həyat yoldaşı Əhməd Ağayevi çətinliklə də olsa, tapa bilib.
- Həyat yoldaşınız evdən nə vaxt qaçıb, uşaqları da özüylə götürübmü, yoxsa tək gedib?
- İyunun 13-də uşaqları da götürüb gedib.
- Harada olduğundan xəbəriniz var?
- Atası anasından boşanıb, anası Bakıdadır. Anası deyir ki, Bakıdadır, amma harada olduğunu bilmirəm.
- Övladlarınızın neçə yaşı var?
- Birinin altı, digərinin üç yaşı var. 

- Övladlarınıza görə harasa müraciət etmək fikriniz var?

- Samux polisinə müraciət etmişəm.
- Sizin neçə yaşınız var?
- 31.
- Bəs qadının?
- 24.
- Neçə ildir ailəlisiniz?
- Yeddi ildir.
- İlk dəfədir belə bir hadisə olur, yoxsa əvvəl də olub?
- İlk dəfədir, əvvəl narazılığımız olmayıb.
- Davanız olmuşdu?
- Səbəb odur ki, telefon tutdum, mesajları oxudum. Yazırdılar ki, yoldaşından boşan, səni saxlayacağam.
- İndi həmin telefon sizdədir?
- Xeyr, polisdədir.
- İntim xarakterli mesajlar idi?
- Bəli, var idi. Biri deyir gəl səni saxlayım... Ər arvadına yazmayacaq şeylər yazmışdılar.
- Fotolar da göndərmişdilər?
- Sadə telefondur, şəkil çəkmir. Mesajlar və zənglərdir.
- Sizcə mesajlaşdığı şəxslərlə başqa münasibəti də olub?
- Onu deyə bilmərəm.
- Siz özünüz nə işlə məşğulsunuz?
- Fəhləyəm.
- Bəs qadın?
- O işləmirdi, fəhləliklə ailəmi dolandırırdım.
- Əvvəldən qohum olmusunuz?
- Xeyr, qohumum deyildi, kəndçimiz idi.
- Sizə qarşı münasibətinin soyuq olduğunu hiss etmişdiniz?
- Axır vaxtlar deyirdi ki, gəl boşanaq, mən gedim. Bu sözü tez-tez deyirdi. Bakıya getmək istəyirdi.
- Telefonu tutandan sonra onu vurdunuz?
- Yox, istədi əlimdən alsın, götürdüm qaçdım, çata bilmədi. Amma vurmadım.
- Hadisədən sonra yaxınlarıyla danışmısınız?
- Atasına da dedik, anasına da zəng elədik. Nəsillərində hamı bilir ki, telefon tutulduğu üçün qaçıb. Atası dedi ki, buralarda onu tutsam, maşının dalına qoşub sürüyəcəyəm. Ona görə də qaçdı.
- Son zamanlar geyim-keçimində, davranışlarında dəyişiklik hiss edirdiniz?
- Əvvəl normal idi, sonradan nə deyirdimsə, etiraz edirdi. Deyirdim filan yerə getmə, deyirdi, gedəcəyəm, xoşun gəlmir, boşan.
- Övladlarınızı həyat yoldaşınızdan almaq fikriniz var?
- Əlbəttə, övladlarıma sahib çıxıram. Amma onunla barışmaq söhbəti ola bilməz. Mümkün deyil.
- Telefonda bir adamla yazışırmış?
- Polis də baxdı, dedi ki, bu, iyirmi nəfərlə yazışıb, mesajları var. Mesajlarda intim söhbətlər var idi.
- Son olaraq, uşaqlarınızın anasına nə sözünüz varsa, buyurun.
- Nə sözüm olacaq? Haram olsun ona.